ABŞ-da yataq otağına girən şəxs itinin yatdığı yerdə vaşaq görüb təəccüblənib.
Hafta.az-ın Fox News-a istinadən yazdığına görə, bu haqda məlumatı Arizona Oyun və Balıq Xidməti dünən yayıb. Hadisənin San Manuel əyalət şəhərində yaşandığı deyilir.
Sahibinin kimliyi açıqlanmasa da, vaşaqın itin evə girərkən istifadə etdiyi kiçik qapıdan girdiyi düşünülür. Heyvanın vəziyyətinin yaxşı olduğu, lakin təbiət işçiləri gələnə qədər evdən qaçdığı da paylaşılıb.
Səlahiyyətlilər onu da xatırladıblar ki, evlərinə girən vəhşi heyvanlarla qarşılaşan vətəndaşlar hadisəyə özləri müdaxilə etmək əvəzinə, birbaşa səlahiyyətli şəxslərə zəng etməlidirlər.
Qısaquyruqlu vəhşi pişik kimi də tanınan vaşaq Şimali Amerikada geniş yayılıb. Onlar ümumiyyətlə meşələrdə, yarımsəhra ərazilərində, şəhərlərdə və ətraf bölgələrdə, eləcə də bataqlıqlarda yaşayırlar.