Evdən qızıl-zinət oğurlayan şəxs saxlanılıb

22:49 03.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda evdən 2500 manatlıq qızıl-zinət və məişət əşyaları oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 26-da rayon ərazisindəki evlərin birindən 2500 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Xankərəmov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.