Evin damından meyit tapıldı

15:48 16.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda evin damından meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) hafta.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda birmərtəbəli fərdi yaşayış evinin damından 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-nin Xususi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Görülən tədbirlər nəticəsində meyit aşağı düşürərək aidiyyəti üzrə təhvil verilib.

Oxunma sayı 149