Facebook səhmləri 4%-dək ucuzlaşıb

09:00 27.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nyu-York Fond Birjasında Facebook-un səhmləri rüblük hesabatların dərci fonunda 4%-dək ucuzlaşıb.

Hafta.az xəbər verir ki, şirkətin bir səhminin qiyməti 12,88 dollar (-3,92%) azalaraq 315,81 dollara düşüb.

Şirkətin rüblük hesabatlarına görə, Facebook-un gəliri bu ilin üçüncü rübündə 2020-ci ilin eyni dövrü ilə müqayisədə 35% artaraq 29 milyard dollar təşkil edib. Bununla belə, investorlar gəlirin daha da yüksək - ən azı 29,58 milyard dollar olacağını gözləyirdilər.