Yazını böyüt
Yazını kiçilt
Aprelin 8-də saat 08:30 radələrində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar xəsarət alan 20 nəfər Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.
Hafta.az apa-ya istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Hospitalizasiya olunanlardan 18-i kişi, 2-i qadındır. Onlardan 18-sində bədənin müxtəlif nahiyələrin travması diaqnozu qeydə alınıb.
2 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.