FETÖ-nün Azərbaycan strukturunun rəhbərlərindən biri saxlanıldı

17:10 14.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

FETÖ terror təşkilatının maliyyələşməsinin təşkilatçılarından olan Mehmet Cintosun Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) tərəfindən ölkədən kənarda keçirilən əməliyyatla Türkiyəyə gətirilib.

Trend bu barədə Türkiyə KİV-nə istinadən xəbər verir.

Qeyd edilib ki, M.Cintosun, 1995-2014-cü illərdə FETÖ-nün Azərbaycan strukturunda "rəhbər şəxs" kimi fəaliyyət göstərib.

O, 2014-cü ildə Türkiyəyə qayıdıb və 2016-cı ilin 15 iyulunda baş verən çevrilişə cəhddən sonra Türkiyədən qaçıb.