Fevralın 15-ə qədər məktəblərdə ənənəvi təhsilin qismən də olsa, qaytarılmasına çalışacağıq - Emin Əmrullayev

16:10 30.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

COVİD-19-a yoluxmaların böyük hissəsi Bakı, Abşeron və Sumqayıtın payına düşür.

Hafta.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev “Pandemiya dövründə təhsil” mövzusunda sualları cavablandırarkən deyib.

Nazirin dediyinə görə, özəl və dövlət olmasından asılı olmayaraq, təhsil eyni qaydada təşkil edilir:

“Bölgələrdə siniflərdə 1.5 metr məsafə qorunmaqla, bütün şagirdlər məktəbə gələ bilirsə, bu halda təhsili həftədə 5 gün formatına qaytarırıq. Daha sonra növbəti həftədəki dinamikadan asılı olaraq çalışacağıq ki, qısa zamanda - fevralın 15-ə qədər məktəblərdə ənənəvi təhsil qismən də olsa, qaytarılsın”.