FHN Bakıda intihara cəhdin qarşısını alıb

19:17 16.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində yerləşən mənzilin pəncərəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.