Yazını böyüt
Yazını kiçilt
Bu gün saat 12:00 radələrində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 37 ünvanında yerləşən “Demirchi Tower” biznes mərkəzində yanğın-taktiki təlim keçirəcək.
Hafta.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Xəbərə görə, təlimə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.