FHN bulvarda intihara cəhd edən qadını belə xilas etdi -VİDEO

16:05 03.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhəri, Səbail rayonu Dənizkənarı Milli Park ərazisində 1 nəfərin intihar məqsədi ilə özünü dənizə atması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, dərhal hadisə yerinə cəlb olunan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-Bulvarı” dalğıc axtarış qrupunun müvafiq xilasetmə qüvvələri tərəfindən 1991-ci il təvəllüdlü S.Ağakişiyeva xilas olunaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.