FHN gücləndirilmiş iş rejimində çalışacaq

19:13 15.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda koronavirus təhlükəsi ilə bağl Fövqəladə Hallar Nazirliyi (FHN) gücləndirilmiş iş rejiminə keçir.

Hafta.az FHN-ə istinadən məlumat verir ki, Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun profilaktik tədbirlərlə əlaqədar olaraq, Fövqəladə Hallar Nazirliyi bütün heyəti ilə şənbə və bazar günləri də daxil olmaqla Novruz bayramındakı qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq.