FHN Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 milyon manat köçürüb

20:43 24.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ayırıb.

Hafta.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat veriblər ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 milyon manat vəsait köçürüb.