FHN “Memar Əcəmi”də təlim keçirəcək

11:17 20.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyi ilə “Bakı Metropoliteni” QSC metronun “Memar Əcəmi” stansiyasında “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili” mövzusunda 20 dekabr 2024-cü il, gecə saat 01:00 radələrində birgə taktiki təlim keçirəcək.

Bu barədə hafta.az-a Nazirlikdən məlumat verilib.

Təlimə FHN-in xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.