Yazını böyüt
Yazını kiçilt
Finlandiya Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, noyabrın 22-də Finlandiya, Norveç və İsveçin müdafiə nazirləri tərəfindən müdafiə sahəsində yenilənmiş niyyət bəyannaməsi imzalanıb.
Sənədi Finlandiyanın müdafiə naziri Antti Kaikkonen, Norveçin müdafiə naziri Byorn Arild Qram və İsveçin müdafiə naziri Paul Jonsson imzalayıb. Niyyət Bəyannaməsinin imzalanması Osloda baş tutub.
Bildirilir ki, sənədin yenilənməsi “təhlükəsizlik vəziyyətinin dəyişməsi səbəbindən” zəruri olub. “Müdafiə sahəsində əməkdaşlıq və birliyə xüsusi diqqət yetirildiyi” vurğulanır.