Yazını böyüt
Yazını kiçilt
Finlandiyanın müdafiə naziri Antti Hakkänen ABŞ-dan F-35 qırıcıları üçün AARGM-ER raketlərinin alınmasına göstəriş verib. TASS xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
Onun sözlərinə görə, bu raketlərin alınması həm müdafiə qabiliyyətini gücləndirməklə, həm də ABŞ və digər müttəfiqlərlə əməkdaşlığa şərait yaratmaqla Finlandiyanın cari və gələcək təhdidlərə cavab vermək qabiliyyətini artıracaq.
AGM-88G AARGM-ER (Advanced Anti-Radiation Guided Missile - Extended Range) raketləri F-35 qırıcılarının imkanlarını tamamlayaraq, radiotezlik siqnalları yayan yer və yerüstü hədəfləri sürətlə vurmaq imkanı yaradır.