Finlandiya Rusiya ilə sərhəddə iki keçid məntəqəsini bağladı

15:10 24.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Finlandiya Sərhəd Mühafizəsi Rusiya ilə sərhəddə iki keçid məntəqəsinin bağlandığını açıqlayıb.

Bu barədə Finlandiya Sərhəd Xidmətinin saytında yerləşdirilən press-relizdə deyilir.

Söhbət odun daşımaq üçün istifadə edilən müvəqqəti “Parikkala” və “İnari” keçid məntəqələrindən gedir.

“Belə müvəqqəti keçid məntəqələrinin açılması və bağlanması ilə bağlı qərarı Finlandiya Sərhəd Mühafizəsinin rəisi və Rusiya Sərhəd Mühafizəsinin rəisi qəbul edir”, - agentlik bildirir.

Gələcəkdə müvəqqəti keçid məntəqələrinin açılması Rusiya ilə Finlandiya arasında sərhəd-keçid məntəqələri haqqında sazişə uyğun olaraq mümkündür.

Dəqiqləşdirilir ki, İnari keçid məntəqəsi ilə 2022-ci il noyabrın 1-dən, Pərikkala keçid məntəqəsi ilə isə 19 aprel 2022-ci il tarixindən nəqliyyatın hərəkəti dayandırılıb.

Ləman