Finlandiya NATO-ya üzv olduqdan təxminən iki həftə sonra Rusiya ilə sərhədini hasarlamağa başlayıb.
Hafta.az-ın yazdığına görə, ötən il Helsinki hökuməti tərəfindən təsdiq edilmiş üç metr hündürlüyündəki hasarın birinci hissəsi paytaxtdan 250 kilometr şimal-şərqdə yerləşən İmatrada çəkilir. Dəyəri 380 milyon avro olan hasarlar sərhəd boyunca 1300 kilometrlik xətt üzərində qurulacaq.
Layihənin məsul meneceri İsmo Kurki verdiyi açıqlamada məqsədin hər hansı mümkün hücumun yox, daha çox immiqrant axınının qarşısını almaqdır.
Finlandiya Moskva hökumətinin çox sayda miqrantı öz sərhədlərinə yönəltməsindən narahatdır.
Finlandiya Sərhəd Mühafizəsinin briqada generalı Yari Tolppanen ölkəsinin hər hansı vəziyyət dəyişikliyi qarşısında sərhədə daha çox nəzarət etməli olduğunu vurğulayaraq, “Finlandiya-Rusiya sərhədindəki vəziyyət indi sabitdir” deyib.
Finlandiya Sərhəd Mühafizəsi tərəfindən verilən açıqlamada, ötən il 30 qanunsuz keçid olduğu, Rusiya tərəfində isə 800-ə yaxın keçid cəhdinin qarşısının alındığı bildirilib.
Skandinaviya ölkəsi Finlandiya Rusiyanın Ukraynaya hücumundan sonra NATO-ya daxil olub.