Fişəng istehsalçısının evində partlayış oldu: 6 nəfər öldü

21:14 24.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hindistanda fişəng istehsalçısının evində baş verən partlayış nəticəsində azı 6 nəfər ölüb, səkkiz nəfər yaralanıb.

Hafta.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə Hindistanın Bihar əyalətinin Saran rayonunda baş verib.

Partlayış nəticəsində evin bir hissəsi dağılıb, qalan hissəsi isə yanıb. Polisin məlumatına görə, ev binanın böyük hissəsi çökdüyü çayın sahilində yerləşir. Yaralılar rayon xəstəxanasına çatdırılıblar.

Polis dağıntılar altında insanların qala biləcəyini istisna etmir.