“Ramazan-Fitr bayramı ərəfəsində bir məsələyə də diqqət çəkmək istərdim. Fitrə zəkatını çıxarıb ata-anaya, bacıya, qardaşa, dayıya, əmiyə, xalaya, bibiyə, yəni ən yaxın qohumlara vermək olmaz”
Bunu hafta.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Fuad Nurullayev söyləyib.
“Əgər ata, ana, əmi, dayı kimi ən yaxın qohumların, gerçəkdən də imkanı yoxdursa, maddi durumları ağırdırsa, onlara, sadəcə, əl tutub yardım etmək lazımdır. Fəqət, bunun fitrə zəkatına dəxli olmaz. Birdən bəzi şəxslər deyir ki, fitrə pulunu çıxarıb elə öz kasıb ata-anama, yaxud dayıma, xalama verərəm. İslam şəriəti bunu doğru hesab etmir. Ancaq fitrə zəkatını yoxsul durumda olan bir az uzaq, ikinci, üçüncü dərəcəli qohum-əqrəbaya, məsələn, əmiuşağı, xalauşağı, əminəvəsi, xalanəvəsinə və s. vermək qəbul edilir. Bu məqamı da mediamız vasitəsi ilə insanlarımıza çatdırmaq yaxşı olardı” –deyə açıqlamasının davamında QMİ sədrinin müavini vurğulayıb.