Yazını böyüt
Yazını kiçilt
Fransanın baş naziri Elizabet Born hökumətin ölkədə pensiya yaşını 62-dən 64-ə qaldırmağa qərar verdiyini açıqlayıb. Bu barədə RİA Novosti məlumat yayıb.
"Biz pensiya sisteminin gələcəyinə mərc edə bilmərik, bu islahat lazımdır", - baş nazir deputatlara deyib.
O, deyib ki, Fransanın ali qanunlarına uyğun olaraq, hökumət "milli Assambleyaya təqdim edilmiş koordinasiya komitəsi tərəfindən düzəliş edilmiş 2023-cü il Sosial Təminatın Maliyyələşdirilməsi Qanun layihəsinin hamısı üçün məsuliyyət daşıyır".
Deputatlar cavab olaraq hökumətin istefasını tələb ediblər.