Fransa iki azərbaycanlı diplomatı "persona-non-grata" elan edib

22:39 27.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fransa iki azərbaycanlı diplomatı "persona-non-grata" elan edib.

Hafta.az-ın məlumatına görə, bu barədə "AFP" agentliyi xəbər verib.

26 dekabr 2023-cü il tarixində Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb.

Bildirilib ki, Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb, həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq notası Fransa səfirinə təqdim edilib

Xatırladaq ki, bir neçə gün öncə Fransanın Azərbaycanda olan agentura şəbəkəsi Azərbaycan təhlükəsizlik orqanları tərəfindən ifşa olunub.