Fransa "Pfizer" vaksininin istifadəsinə icazə verdi

20:49 24.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fransa hökuməti ölkədə koronavirusa qarşı "Pfizer" və "BioNTech" şirkətlərinin vaksinin istifadəsi üçün icazə verib.

Yeni vaksindən 16 yaşdan yuxarı bütün şəxslər istifadə edə bilər.

Qeyd edək ki, bir müddət əvvəl "Pfizer" və "BioNTech" şirkətlərinin birgə vaksinini Böyük Britaniya, ABŞ və Avropa İttifaqı təsdiq etmişdi.

Bu günədək Fransada 2,5 milyondan çox şəxs koronavirusa yoluxub, təxminən 62 min nəfər həyatını itirib.