Fransa terrorla mübarizədə ikiüzlülük edir - Mövlud Çavuşoğlu

20:45 14.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu YPG/PKK terror qruplaşmasının başçılarına ev sahibliyi etdiyinə görə qınayıb və bunun terrorla mübarizədə "ikiüzlülüyün ən yaxşı nümunəsi" olduğunu deyib.

Hafta.az-ın AA-ya istinadla yazdığına görə, nazir misirli həmkarı Sami Şükri ilə Ankarada keçirdiyi birgə mətbuat konfransında deyib ki, PKK Avropa İttifaqı tərəfindən terror təşkilatı kimi tanınıb. Bu qruplaşma Fransada da terror təşkilatıdır. Təəssüf ki, Fransada senatorlar bu terrorçularla bir araya gəlir, onlara mükafatlar verirlər.

M.Çavuşoğlunun bu sözləri fransız deputatın Fransadakı YPG nümayəndəsi ilə fotosunu tviterdə paylaşmasından bir gün sonraya təsadüf edib. Türkiyəli nazir əlavə edib: “Onları bir tərəfdən terrorçu adlandırır, digər tərəfdən dəstəkləyirlər. Bu, təkcə Fransada deyil, ABŞ-da da baş verir. Üstəlik, onların dəstəyi bu səviyyə ilə məhdudlaşmır".

Siyasət rubrikasından digər xəbərlər