Fransa xarici işlər naziri Azərbaycana səfər edəcək

10:37 25.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonna 26-28 aprel tarixləri ərzində Azərbaycana və Ermənistana səfər edəcək.

Trend bu barədə çərşənbə axşamı Fransa XİN-in mətbuat xidmətinə istinadən xəbər verir.

"Nazir səfər zamanı Fransanın ədalətli, davamlı, ərazi bütövlüyünə və beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşan sülh naminə iki ölkə arasında danışıqların dəstəklənməsinə sadiqliyini ifadə edəcək", - məlumatda qeyd edilir.

Səfər çərçivəsində K.Kolonnanın azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüş keçirəcəyi gözlənilir.