Fransada deputatlar partiyaların Rusiyadan maliyyələşdirildiyindən şübhələnir

18:52 24.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Fransada prezident Emmanuel Makron tərəfindən təsis edilən İntibah Partiyasının səkkiz deputatı ölkənin Milli Assambleyasında fransız partiyalarının “Rusiya tərəfindən maliyyələşdirilməsi” ilə bağlı mümkün halları araşdırmaq üçün komissiya yaradılmasını tələb edib. Hafta.az bildirir ki, bu barədə "Frans Press" agentliyi xəbər verir.

Agentliyin məlumatına görə, qərar bu ayın əvvəlində ABŞ-ın açıqlamasından sonra verilib. ABŞ Xarici İşlər Nazirliyi iddia edib ki, Rusiya 2014-cü ildən bəri iyirmi ölkədə ona rəğbət bəsləyən siyasətçiləri və partiyaları dəstəkləmək üçün ən azı 300 milyon dollar xərcləyib.

Oxunma sayı 2967