Fransada gənclərin dörddəbiri depressiyadan əziyyət çəkir

18:09 03.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fransada yaşı 15-dən 30-dək olan şəxslərin təxminən 25 faizi depressiyadan əziyyət çəkir.

Hafta.az xəbər verir ki, bu, ölkədə fəaliyyət göstərən bir sıra institutların birgə apardığı araşdırma nəticəsində məlum olub.

Belə ki, araşdırma 5 min 600-dən çox şəxs arasında aparılıb. Məlum olub ki, Fransada qadınlar kişilərlə müqayisədə daha çox psixoloji gərginlik yaşayırlar. Araşdırmaya cəlb edilən qadınların 27, kişilərin isə 22 faizi depressiyada olduğunu bildirib.

Araşdırmaya əsasən, ailə, yaşayış şəraiti, təhsil, əmək bazarındakı çətinliklər, rəqəmsal asılılıq və digər bu kimi amillər insanların psixi sağlamlığını mənfi təsir altına salır.

Mütəxəssislər mövcud psixi dəstək xidmətlərinin tələbatı ödəmədiyini bildiriblər və bu sahədə daha genişmiqyaslı milli strategiyaya ehtiyac olduğunu diqqətə çatdırıblar.