Yazını böyüt
Yazını kiçilt
Parisdə Fransa prezidenti Emmanuel Makronun ikinci dövrü üçün andiçmə mərasimi keçirilir.
Hafta.az-ın məlumatına görə, mərasim Yelisey sarayında başlayıb.
Mərasimdə 450-yə yaxın yerli və xarici qonaq iştirak edir.
Qeyd edək ki, E.Makron aprelin 24-də keçirilmiş prezident seçkilərinin ikinci turunda 58,5 faiz səs yığaraq Marin le Peni qabaqlamışdı.
O, 2027-ci ilədək Fransaya rəhbərlik edəcək.