Fransalı senator: Ölkəmdə Azərbaycana qarşı toksik lobbiçilik var

16:51 14.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fransada - mənim ölkəmdə Azərbaycana qarşı toksik lobbiçilik var.

Bunu XI Qlobal Bakı Forumu çərçivəsində “Müharibə və sülh haqqında: “Realpolitik”in qayıdışı” mövzusunda paneldə Fransa Senatının üzvü Natali Qule bildirib.

Natali Qule bu gün beynəlxalq hüququn işləmədiyini bildirib: “Fransada – mənim ölkəmdə Azərbaycana qarşı toksik lobbiçilik var. Dünyanın belə vəziyyətə gəlməsinin səbəbi liderliyin olmamasıdır. Dünya dəyişib, terrorizm, ekstremizm artıb. Vətəndaş cəmiyyətinin rolu artmalıdır. Mən sizinlə üzrxahlığımızı da bölüşmək istəyirəm”.apa