Gənc ruslar öz həyatlarını yaşamaq istəyirlər

12:20 08.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Elmlər Akademiyası Ali İqtisadiyyat Məktəbi ilə birgə apardığı araşdırmada gənclərdən ölkənin gələcək strategiyası ilə bağlı fikirləri soruşulub. İştirakçıların təxminən 90 faizi bu strategiyanın elementləri arasında “ənənəvi dəyərlərin dirçəlişi” və “SSRİ kimi fövqəldövlət statusuna qayıtmağı” sadalamayıb.

Hafta.az-ın yazdığına görə, 14-35 yaş qrupunda birinci tezisə dəstək verənlərin nisbəti yüzdə 11,2 olaraq qalarkən, ikinci tezislə razılaşanların nisbəti 13,3 faiz olub.

İştirakçıların 33,2 faizi gələcəyin əsas ideyalarından birinin “korrupsiyaya qarşı mübarizə” olduğunu düşünür. Anketdə "Konstitusiya ilə tanınan insan hüquqlarına riayət etmək" cavabı 32,7 faiz səs alıb.

Sorğuda gənclərdən mebel, geyim və kompüter kimi qərb məhsullarından imtina etməyə hazır olub-olmadıqları da soruşulub. “Hazır deyiləm” sualına gənclərin 55 faizi cavab verib.

İnternetin məhdudlaşdırılmasına qarşı çıxanların nisbəti 69 faiz, “Suverenlik naminə daha yüksək vergi ödəmək” fikrini qəbul etməyənlərin nisbəti isə 87 faizdir.

Oxunma sayı 78
Dünya rubrikasından digər xəbərlər