Yazını böyüt
Yazını kiçilt
Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisində çirkab sularının yığışdığı çuxurda naməlum kişi meyiti olması ilə bağlı məlumat daxil olub.
Bu barədə hafta.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.
"Dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Meyit çuxurdan çıxarılaraq müvafiq ekspertiza göndərilib. İlkin araşdırmalar zamanı onun, şəhər sakini, 1940-cı il təvəllüdlü İsa Hümbətov olması və tapıldığı ərazisinin yaxınlığında yaşaması məlum olub", - deyə E.Qasımov bildirib.