Gəncədə yol qəzası olub

14:12 02.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az-ın məlumatına görə, "Volkswagen Passat" şəhərin Nərimanov prospektində "VAZ-2107" markalı avtomobili vurub qaçarkən yol ayrıcı dairəsində maneəyə çırpılıb. Nəticədə hər iki avtomobilə ziyan dəyib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.