Gənclər üçün təlimlər davam edir

11:16 15.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağsu rayon Heydər Əliyev Mərkəzində gənclər üçün “İlboyu bilik” layihəsi çərçivəsində təlimlər davam edir.

Növbəti təlim “Kompüter texnologiyası və kargüzarlıq işi” üzrə keçirilib. Könüllü təlimçi Nigar Nağıyeva müasir həyatımızda kompüter texnologiyasının daha mükəmməl mənimsənilməsinin zəruriliyi, bunun üçün mütəmadi olaraq çalışmağın vacibliyi barədə danışıb, gənclərə proqramlar üzrə konkret bilgilər verib.

Təlim prosesində gənclərin sualları cavablandırılıb, onlara ətraflı izahatlar verilib.

Qeyd edək ki, təlimlər gənclərin maarifləndirilməsi, elmi biliklərə marağının artırılması, onların asudə vaxtlarının səmərəli təşkili və məşğulluğuna dəstək verilməsi məqsədilə təşkil olunur.

Oxunma sayı 22