Yazını böyüt
Yazını kiçilt
01 iyun 2024-cu il Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gənclərin peşə bacarıqlarının artırılması” layihəsinin həyata keçirilməsinə start verib.
Layihənin məqsədi, gəncləri üçün peşə təhsili imkanları yaratmaqla müvafiq peşələrə yiyələnməsinə yardım etmək, bilik və bacarıqlarını praktikada təkmilləşdirmək və qiymətləndirməkdir. Layihə çərçivəsində yetişməkdə olan gənc nəsil yüksək keyfiyyətli peşə hazırlığı ilə təmin olunacaq. Bu dövrə uyğun müvafiq müəssisə-təşkilatların tələbatının ödənilməsi məqsədi ilə kadrlar hazırlanacaq və onları iş ilə təmin olunmasına yardım ediləcək.