“Gladiator 2” filminin hərəkətlərlə dolu treyleri bir neçə gün ərzində 215 milyon dəfə izlənilib.
Hafta.az-ın “Hollywood Reporter”ə istinadən yazdığına görə, Ridli Skottun 2000-ci ildə Oskar qazanmış epik filminin davamı çoxdan gözlənilən idi.
Yeni filmdə Pol Meskal Kommodusun qardaşı oğlu Luciusun böyüklər versiyasını canlandırır. Onu Pedro Paskal, Denzel Vaşinqton, Cozef Quinn və Konni Nielsen kimi adlar müşayiət edir.
YouTube-da “Gladiator 2”nin rəsmi treyleri Paramount-un 24 saat ərzində ən çox baxılan treylerlərindən biri olub. Ancaq bəzi kinosevərlər treylerdən razı qalmadıqlarını deyirlər.
YouTube-da treyler 133 min bəyənmə topladığı halda, 279 min insan "dislike" düyməsini basıb. “Hollywood Reporter”ə görə, bu, böyük bir film üçün qeyri-adi haldır.
Treylerin altındakı və sosial mediada yazılan şərhlərə baxsaq, reaksiyanın üç səbəbi var. Əvvəla, üç dəqiqədən çox olan treyler film haqqında çox şey açdığı üçün tənqid olunur.
İkinci və ən çox göstərilən səbəb reklam çarxı üçün mahnı seçimidir. Treylerdə Kanye Uest və Jay-Z-nin "No Church in the Wild" mahnısından istifadə edilib. Bəzi izləyicilər "Roma İmperiyası haqqında filmdə rep musiqisinin nə işi var?" deyə soruşur. Bu reaksiyalardan sonra ilk film üçün Hans Zimmerin bəstələdiyi “Now We Are Free” filminin yer aldığı alternativ versiya hətta paylaşılıb.
Treylerin aldığı mənfi reaksiyaların üçüncü səbəbi Denzel Vaşinqtondur. Oskar mükafatlı aktyor "qladiatorların tövləsi olan amansız bir güc brokeri" kimi təsvir edilən Makrinus rolunu oynayır. Bununla belə, bəziləri Vaşinqtonun filmdə Nyu York aksenti ilə danışmasından şikayətlənir.
Bütün bu mənfi şərhlərdən sonra 86 yaşlı rejissor Skottun yüksək büdcəli tarixi epopeyasının kassada gözlənildiyi kimi çıxış edib-etməyəcəyi maraq doğurur.
“Gladiator 1”də Kommod tərəfindən xəyanət edilən və ailəsi üçün qisas almaq üçün qladiator kimi döyüşməyə məhkum edilmiş Roma generalı Maksimus rolunda Russell Krou çəkilib. Film kassada uğur qazanıb, ən yaxşı film və ən yaxşı aktyor da daxil olmaqla bir neçə Oskar əldə edib.