“Godzilla x Kong: The New Empire” Çində də rekord qırdı

10:15 03.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Uarner Bros və Legendary Entertainment-in birgə istehsalı olan “Godzilla x Kong: The New Empire” bu il Çin kassasında ən yaxşı açılışı olan Hollivud filmi olub.

Hafta.az-ın “Variety”a istinadən yazdığına görə, Artisan Gateway konsaltinq firmasının məlumatlarına əsasən, film cümə və bazar günləri arasında Çin kinoteatrlarında 44,6 milyon dollar gəlir əldə edib. Bu rəqəm ölkənin həftəsonu kassa gəlirlərinin az qala 70 faizinə uyğundur.

Ümummilli miqyasda fəaliyyət göstərən teatrlar əvvəlki həftəsonu qazandıqları 39,5 milyon dollardan əhəmiyyətli sıçrayışla 64,1 milyon dollar qazanıblar.

“Godzilla x Kong: The New Empire”nin açılışı, 2019-cu ilin may ayında Çində açılış həftəsonunda 66 milyon dollar qazanan “Godzilla: King of the Monsters” filmindən daha aşağı idi və cəmi 133 milyon dollar gəlir əldə edib. Ancaq Hollivud filmləri 2020-ci ildən bəri Çində bu səviyyələrə çatmaq üçün mübarizə aparır.

“Godzilla x Kong: The New Empire”nin Çindəki uğuru, pandemiyadan sonrakı dövrdə Hollivud filminin 4-cü ən yaxşı performansı olub. Ən uğurlu iki film olan “Avatar: The Way of Water”və “Sürətli və Qəzəbli X” ekranlara çıxıb. Onlar açılış həftəsonu müvafiq olaraq 52 və 51 milyon dollar qazanıblar.

“Imax” xəbər verir ki, “The New Empire” Çindəki kinoteatrlarında 7,5 milyon dollar qazanıb, bu da Çin həftəsonu gəlirinin təxminən 17 faizini təşkil edir.

“Kung Fu Panda 4” ikinci həftəsonunda bir pillə geriləyərək ikinci yerə enib. Cizgi filmi 5,8 milyon dollar qazanıb ki, bu da açılışdan 60 faiz aşağı düşüb.

Çin istehsalı olan "Viva La Vida" şənbə və bazar günləri nümayiş etdirilərək 4,3 milyon dollar qazanıb. Siyahının əvvəlki lideri olan “The Pig, The Snake and the Pigeon” isə son həftəsonunda 2,9 milyon dollar qazanıb. Bu, filmin ümumilikdə 90,6 milyon dollar qazanmasına imkan verib.

Monsterverse-in son filmi olan “Godzilla x Kong: The New Empire” ölümcül yeni təhlükə ilə mübarizə aparmaq üçün bir daha birləşirlər.

“Variety” dünən filmin açılış həftəsonunda dünya üzrə 194 milyon dollar gəlir əldə etdiyini yazıb.

Amerikalı kinorejissor Adam Vinqard bu filmin rejissorudur.

41 yaşlı Vinqard daha əvvəl 2011-ci ildə çəkilmiş “You're Next” qorxu filmində, bir il sonra çıxan triller V/H/S, Netflix adaptasiyası “Death Note” və 2021-ci il istehsallı “Godzilla vs Kong”u çəkib.

Ssenari müəllifi Terri Rossio, Simon Barrett və Ceremi Slater olan “The New Empire” filmində baş rolları Rebekka Hall, Brayan Tir Henri, Den Stevens, Kayli Hottle, Aleks Ferns və Fala Çen canlandırıb.