Goranboy avtomobil dərəyə aşıb: sürücü ölüb

13:54 27.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqustun 26-da saat 14 radələrində Goranboy rayonunun Buzluq kəndi ərazisində Zaqatala rayon sakini Vahid Ərəblinski idarə etdiyi “Ural” markalı avtomobili dərəyə aşırıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin hafta.az-a verilən məlumata görə, qəza nəticəsində sürücü hadisə yerində ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.