Göyçay rayonunda ev yanıb

14:59 11.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Göyçay şəhərində ümumi sahəsi 360 m² (hər mərtəbəsi 180 m²) olan ikimərtəbəli evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 130 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 20 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.