Göyçay sakini Kəlbəcərdə yol çəkilişi zamanı yıxılaraq ölüb

22:39 06.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kəlbəcər rayonunda işləyən Göyçay sakini bədbəxt hadisə zamanı dünyasını dəyişib.

Hafta.az-ın APA-ya istinadən xəbərinə görə, Göyçay rayonu Mallı-Şıxlı kənd sakini, 1965-ci il təvəllüdlü Rüstəmov Bəhruz Xudat oğlu bu gün Kəlbəcər rayonunun Alagöl kəndi ərazisində yol çəkilişi zamanı idarə etdiyi qreyderdən yerə düşərkən ehtiyatsızlıqdan ayağı sürüşüb, yıxılaraq başı daşa dəyib. O ağır kəllə-beyin travması aldığı üçün hadisə yerində dünyasını dəyişib.

Bəhruz Rüstəmov bir ildən çoxdur ki, Qarabağ ərazisində aparılan yol çəkilişlərində tikinti texnikası idarə edirdi.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.