Göyçayda 3 otaqlı evdə yanğın olub

21:39 11.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Göyçay şəhərində ümumi sahəsi 75 m² olan 3 otaqlı mənzilin mətbəxində 1 ədəd paltaryuyan maşın, 1 ədəd televizor və 1 ədəd qaz sobası yanıb, yüksək temperaturdan mebel 3 p.m qarsıb.

Hafta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, mənzil yanğından mühafizə olunub.

Yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb.