Göyçayda restoranda yanğın olub

23:00 16.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Göyçay şəhərində ikimərtəbəli restoranın transformatorunun yanar hissələri, 1 ədəd kondisioner və plastikdən ibarət pəncərə çərçivəsi yanıb.

Hafta.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir.

Məlumata görə, yaxınlıqda olan restoranın ikinci mərtəbəsinin lambirdən ibarət divar üzlüyü 30 m² sahədə əriyib. Restoranların qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.