Göyçayda yanğın olub

22:45 09.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Göyçay rayonunun Bəydövül kəndində ümumi sahəsi 160 m² olan talvarın taxta atmaları 30 m² sahədə, altında tikilən ümumi sahəsi 35 m² olan mətbəxin lambirdən ibarət tavanı və 3 ton ot bağlaması yanıb.

Bu barədə hafta.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Talvarın, mətbəxin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.