Göygöldə çayın kənarında meyit tapılıb

14:22 23.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Göygöldə yaşlı kişi meyiti tapılıb.

Gəncə çayının Göygöl rayon ərazisindən keçən hissədə yaşlı kişi meyiti tapılıb.

Həmin şəxs Göygöl rayon sakini 1937-ci il təvəllüdlü Musayev Süleymandır.

Meyitin üzərində ilkin müşahidə zamanı hər hansı bir zorakılıq aşkar edilməyib. Cəsəd ekspertizaya göndərilib.

Faktla bağlı Göygöl prokurorluğunda araşdırma aparılır.