Göygöldə əməliyyat: Tütün məmulatları və spirtli içkilər aşkar edilib

13:19 09.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi və Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məhkəmənin qərarı əsasında Göygöl rayonunda 4 fərqli ünvandan Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma ilə nişanlanmamış 8314 qutu müxtəlif markalı tütün məmulatları və saxta aksiz markası ilə markalanmış 695 ədəd spirtli içki aşkar edilib.

Bu barədə Hafta.az-a Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır.