Göygöldə yaşlı kişi intihar edib

10:01 25.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Göygöldə intihar hadisəsi baş verib.

Hadisə rayonunun Xəqani kəndində qeydə alınıb.

Kənd sakini, 1938-ci il təvəllüdlü Famil Musayev yaşadığı evdə özünü asıb. Onun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.