Güclü külək 20-yə yaxın ağacı aşırdı

13:04 13.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda ötən gündən əsməyə başlayan güclü külək nəticəsində 20-yə yaxın ağac aşıb.

Hafta.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsindən mətbuata bildirilib.

Məlumata görə, ağacların aşması Bakının bütün rayonlarında qeydə alınsa da, əsas hadisələr Yasamal, Nəsimi, Xətai və Nərimanov rayonlarında baş verib.