“Güclü külək koronavirusun yayılmasına maneədir” – Adil Qeybulla

16:13 16.03.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Əslində güclü küləklərin yayılan mövsümü virusların, eləcə də koronavirusun fəsadlarının aradan qaldırılmasına xeyri var ki, ziyanı yoxdur. Çünki bu cür güclü küləklər müəyyən bir yerə cəmləşən virusun konsentrasiyasını pozur. Onu ətrafa səpələyir. Yəni, güclü külək koronavirusa və digər epidemiyalara maneədir.”

Bunu hafta.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. O, bildirib ki, Azərbaycanda da komendant saatı və ya daha genişmiqyaslı karantinə ehtiyac var: “Virus artıq pandemiya xarakteri alıb. Bir çox ölkələrdə yüksək ölçülü karantin tətbiq olunur. Komendant saatları tətbiq edilir. Düşünürəm ki, yavaş-yavaş bizdə də buna gedilir. Artıq ictimai iaşə obyektlərinin fəaliyyəti müəyyən saatlardan sonra məhdudlaşdılıb. Kafe və restoranların fəaliyyəti tam deyil. Axşam saatlarından sonra fəaliyyət göstərmirlər. Bütün dünyada bu cürdür. Bütün bunlar virusun daha geniş yayılmasının qarşısını almağa hesablanıb”.