Gürcüstan Azərbaycanla strateji müttəfiqdir - Zəlimxan Məmmədli

13:57 16.10.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Gürcüstanda keçirilən parlament seçkiləri Qərblə Rusiyanın region üzərində mübarizəsinin təzahürüdür”.

Bunu hafta.az-a siyasi analitik Zəlimxan Məmmədli Gürcüstanda keçirilən seçkilərin nəticələrinin regiona təsirləri ilə bağlı açıqamasında bildirib.

Z.Məmmədli hesab edir ki, seçkilər gürcü xalqının maraqlarını ifadə edərsə, Azərbaycanla strateji müttəfiqlik istiqamətində ənənəvi münasibətlərimiz davam edəcək.

“Azərbaycanla Gürcüstan Cənubi Qafqaz üçün önəmli dövlətlərdir. Eyni zamanda hesab edirəm ki, Cənubi Qafqaz dövlətləri eyni siyasi orientasiyaya malik olmalıdırlar. Yəni, üç ölkə fərqli düşərgələrdə olarsa, bura hər zaman konfliktli bölgə olaraq qalacaq. Bu, regionun maraqlarına uyğun deyil. Gürcüstan Azərbaycanla strateji müttəfiqdir, birgə mühüm layihələrdə iştirak edirlər. Ermənistanın isə sual altında olan Qərbə inteqrasiyası var. İstər-istəməz region dövləti olan Ermənistanın fərqli istiqamətlərə yan alması bölgədə gərginliyin yaranmasına aparır”.

Z.Məmmədli hesab edir ki, Qafqaz dövlətlərinin vahid təhlükəsizilik konsepsiyası və digər sahələri əhatə edən münasibətlər sistemi strateji hədəflərimizdən biri olmalıdır.