Yazını böyüt
Yazını kiçilt
Gürcüstan vətəndaşları “Rusiya işğalı”ndan ehtiyat edərək kütləvi şəkildə Avropa İttifaqından sığınacaq istəyirlər. Bu barədə “Kommersant” qəzeti yazır.
Nəşrin məlumatına görə, ötən il respublikanın 28 797 sakini Aİ ölkələrindən sığınacaq üçün müraciət edib ki, bu da 2021-ci illə müqayisədə təxminən iki dəfə çoxdur.
Qeyd olunur ki, Aİ artıq Gürcüstan vətəndaşlarının 18 850 müraciətini baxılmaq üçün qəbul edib, lakin cəmi 468 nəfər qaçqın statusu alıb.
Qəzetin yazdığına görə, əsasən gürcülər “Rusiyanın Abxaziya və Cənubi Osetiyanı işğal etməsindən” ehtiyat edərək sığınacaq istəyirlər.
Ən çox Gürcüstan vətəndaşları Almaniya və Fransadan sığınacaq istəyirlər.