Gürcüstanda daha 290 nəfər koronavirusa yoluxub

12:31 27.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 290 yoluxma halı qeydə alınıb, 2 nəfər ölüb.

Hafta.az xəbər berir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında qeyd olunub.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 654 665, ölənlərin sayı isə 16 802 nəfərə çatıb. Virusa yoluxanlardan 1 636 188 nəfərin sağaldığı bildirilir.