Gürcüstanda "omikron" ştammına yoluxanların sayı artıb

20:54 04.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanda koronavirusun "omikron" ştammına yoluxanların sayı 148 nəfərə çatıb.

Hafta.az-ın məlumatına görə, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə üzrə Milli Mərkəzindən bildiriblər.

Qeyd edək ki, Gürcüstanda "omikron" ştammına ilk iki yoluxma halı dekabrın 20-də təsdiq edilib. Yoluxan şəxslərdən biri ABŞ-dan, digəri isə Dubaydan ölkəyə giriş edib. Daha sonra "omikron" ştammı həmin şəxslərin ünsiyyətdə olduğu digər insanlarda da qeydə alınıb.